“Qarabağ” Poznanda “Lex”dən ehtiyatlanmalıdır? – MARAQLI FAKT

3 İyul 2022 19:00 Qarabağ 2 018
“Qarabağ” Poznanda “Lex”dən ehtiyatlanmalıdır? – MARAQLI FAKT

Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” iyulun 5-də növbəti avrokubok mövsümünə start verəcək.

Azərbaycan çempionunun rəqibi Polşa Ekstraklasasını qızıl medallarla başa vuran “Lex”dir.

Qurban Qurbanovun yetirmələri siftəni iyulun 5-də rəqib meydanında edəcək.

“Köhlən atlar” səfər qarşılaşmasından məğlubiyyətsiz qayıtmağı hədəfləyib ki, Bakıdakı oyunda cütün taleyini həll etmək asan olsun. Lakin bu, heç də asan görünmür.

Çünki Poznan təmsilçisi doğma azarkeşləri önündə inamlı təsir bağışlayır. “Lex”in 2015-ci ildən bu yana Poznandakı stadionda hansı nəticələrə imza atdığına nəzər yetirmək yerinə düşər.

2015-16, Avropa Liqası

“Lex” – “Videoton” (Macarıstan) 3:0

“Lex” - “Bazel” (İsveçrə) 0:1

“Lex” – “Fiorentina” (İtaliya) 0:2

“Lex” – “Belenenşeş” (Portuqaliya) 0:0

2017-18, Avropa Liqası

“Lex” – “Pelister” (Makedoniya) 4:0

“Lex” – “Hauqesund” (Norveç) 2:0

“Lex” – “Utrext” (Niderland) 2:2

2018-19, Avropa Liqası

“Lex” – “Qandzasar” (Ermənistan) 2:0

“Lex” – “Şaxtyor” (Belarus) 3:1

“Lex” – “Genk” (Belçika) 1:2

2020-21, Avropa Liqası

“Lex” – “Valmiera” (Latviya) 3:0

“Lex” – “Benfika” (Portuqaliya) 2:4

“Lex” – “Standart” (Belçika) 3:1

“Lex” – “Reyncers” 0:2

Göründüyü kimi, “Lex” son 7 ildə 4 dəfə qatıldığı avrokubok mövsümündə Poznanda 14 matçda meydana çıxıb. Bu matçların 7-də rəqiblərindən üstün olmağı bacarıb, 2 dəfə heç-heçə edib.

5 halda mğlub olub ki, rəqiblər adlı-sanlı komandalar olub: “Bazel”, “Fiorentina”, “Genk”, “Benfika”, “Reyncers”.

Ümid edək ki, “Qarabağ” adını bu 5 komandanın siyahısına yazdırmağı bacaracaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu