“Burada “Qarabağ”dan çəkinirlər” – POLŞADAN ƏN SON XƏBƏR

29 İyun 2022 19:00 Qarabağ 1 682
“Burada “Qarabağ”dan çəkinirlər” – POLŞADAN ƏN SON XƏBƏR

“Püşkatmada “Lex”ın bəxtinə Azərbaycan çempionu düşəndən sonra burda daha çox “Qarabağ”dan danışılır”.

Polşada yaşayan sabiq azərbaycanlı futbolçu Pərvin Paşayev Sportinfo.az-a açıqlamasında Varşavadakı hazırkı futbol ab-havasından danışıb.

Vaxtilə U-21-in şərəfini qorumuş Paşayev 1 ildir panlar ölkəsində yaşayır və işləyir. Pərvin sevib-seçdiyi sənətdən uzaq düşməsinə baxmayaraq, ürəyi futbolla döyünür.

Futbolla yaxından maraqlanır, baş verən prosesləri diqqətdən kənarda qoymamağa çalışır.

Belədə onun “Lex” – “Qarabağ” oyunu ilə bağlı düşüncələri maraq doğurmaya bilməz:

“Qarabağ”ı burda çox yaxşı tanıyırlar. Özünüz də bilirsiniz ki, Avropadakı fəxrimiz indiyə qədər bir neçə dəfə Polşa təmsilçiləri ilə qarşılaşıb və bütün hallarda üstün olub. Xüsusən “Legiya”nı mübarizədən kənarlaşdırmaqla özü haqda xoş fikirlər formalaşdırıb.

Burada polşalı tanışlarımız var. Onlarla danışanda “Qarabağ”dan çəkindiklərini hiss edirik. Düzdür, “Lex” Poznanı təmsil edir.

Amma yenə də komandamız haqda danışırlar, “Lex”in işinin çətin olduğunu deyirlər. Allahın izni ilə mərhələni keçən tərəf “Qarabağ” olar”.

“Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsində ilk görüşünü Poznanda keçirəcək. Oyun iyulun 5-də baş tutacaq. Bakıdakı cavab qarşılaşması isə iyulun 12-nə nəzərdə tutulub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"