“Qarabağ” niyə ulduz futbolçu transfer etmir?

29 İyun 2022 09:20 Qarabağ 2 433
“Qarabağ” niyə ulduz futbolçu transfer etmir?

"Pedro Enrikeni adına görə icarəyə götürməmişdik.

Yeganə səbəb oyun sistemimizə uyğun gəlməsi idi”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın baş meneceri Asif Əsgərova məxsusdur.

Polşa mediasına danışan Ağdam klubunun funksioneri ulduz futbolçular transfer etməmələrinin səbəbini açıqlayıb:

“Biz adlardan daha çox, sistemə üstünlük veririk. Keçmiş ulduzla müqavilə bağlayırsız, fotolara, reklamlara zaman ayırırsız. Nəticə əldə etməyə isə vaxt qalmır".

Baş menecer kəmiyyətə deyil, keyfiyyətə önəm verdiklərini söyləyib:

"Bizdə oyunçuda axtardığımız keyfiyyətlərlə bağlı aydın tövsiyələri olan peşəkarlar çalışır. Strukturumuzda bizi digər klublardan fərqləndirən xüsusi heç nə yoxdur.

Rəhbərlik məqşçilər heyətinin işinə qarışmır. Onların qərarı bizim qərarımızdır".

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!