"Qarabağ" 1 il əvvəl gətirdiyi legioneri transferə çıxardı

25 İyun 2022 13:00 Qarabağ 3 197
"Qarabağ" 1 il əvvəl gətirdiyi legioneri transferə çıxardı

Xayme Romero və Patrik Andrade ilə yoları ayrılan

"Qarabağ" daha bir legionerdən canını qurtarmaq istəyir. Azərbaycan çempionu bu məqsədlə Qaspar Panaderonu transferə çıxarıb.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, ispaniyalı yarımmüdafiəçiyə Avropanın bir neçə ölkəsindən təklif gəlib.

Sadəcə, potensial müştərilər onu birdəfəlik almaq deyil, icarəyə götürmək niyyətindədir.

Baş məşqçi Qurban Qurbanovun qərarına əsasən, təlim-məşq toplanışı üçün Avstriyaya aparılmayan 24 yaşlı prineyli hazırda Bakıda fərdi məşq edir.

Ötən mövsümün ikinci yarısını icarə əsasında AEK-də (Larnaka) keçirən Qasparın "Qarabağ"la 2024-cü ilin yayınadək müqaviləsi var.

Ağdam təmsilçisinə 2021-ci ilin yayında transfer olunmuş yarımmüdafiəçi bu komanda ilə ötən mövsüm cəmi 4 oyunda meydana çıxıb.

"Qarabağ" ispanı sata bilməsə, icarə variantları arasında ən uyğununu seçəcək. Yox, əgər bu da olmasa, Qaspara müqaviləni qarşılıqlı razılaşma əsasında pozmaq təklif ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda