
Riçard Almeyda və Xayme Romero ilə müqaviləni uzatmayan «Qarabağ»ı daha bir futbolçu tərk edə bilər.
Ağdam klubu bu mövsüm gözləntilərin altında qalan İsmayıl İbrahimlini icarəyə verməyə hazırlaşır.
«Köhlən atlar» əsas heyətdəki yerini itirən yarımmüdafiəçiyə görə bir neçə təklif alıb və hazırda onları gözdən keçirir.
İbrahimli ilə yanaşı, daha 2 yerli futbolçu düşərgəni tərk etməyə yaxındır. Bəhlul Mustafazadə və Rüstəm Əhmədzadə bu siyahıda adı olanlardır.
SPORTİNFO.AZ