Azərbaycanda zəlzələ - 4 bala qədər hiss edildi

07:10 Hadisə 156
Azərbaycanda zəlzələ - 4 bala qədər hiss edildi

Azərbaycanda zəlzələ baş verib.

Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Şamaxı rayonunun Pirqulu qəsəbəsidir.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

Mərkəzin məlumatına görə, Şamaxıda yenidən zəlzələ olub.

Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla 16:04-də 4 km dərinlikdə baş verib, təkanlar hiss olunmayıb.

Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 05.06.2025-ci il tarixində yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 km dərinlikdə 3.7 maqnituda və 16:04-də 4 km dərinlikdə 3.1 maqnituda zəlzələlər qeydə alınıb:

“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”.

Digər Xəbərlər
Xəbər Lenti