“Qarabağ”: “Onun dizində ödəm əmələ gəlib, narahatlıq var”

4 İyun 2025 02:30 Qarabağ 875
“Qarabağ”: “Onun dizində ödəm əmələ gəlib, narahatlıq var”

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov dizindən zədələnib.

Sportinfo.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat katibi Anar Hacıyev deyib.

Klub rəsmisi futbolçunun iki həftə müalicə olunacağını bildirib:

“Dizində ödəm əmələ gəlib, narahatlıq var. Ağrıları olduğu üçün Azərbaycan Kubokunun final matçına da çıxmadı. İki həftə müalicə alacaq”.

AFFA ötən gün B.Hüseynovun zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarıldığını açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti