
“Uzaqdan enidirilən zərbələr “Qarabağ” adına çox az oldu.
Bunun da səbəbi var.
Belə ki, “Sabah” kompakt oynayaraq, buna imkan vermədi. Vasili Berezutskinin komandasında eninə düzülüşdə futbolçular arasında məsafə 8-10 metr idi.
Yəni, cərimə meydançası həndəvərində kompakt müdafiə olunanda, mərkəzdə sıxlıq yaranır, məcburiyyətdən hücumların təşkilini cinahlara yönləndirirsən, asmalarla qol epizodları yaratmağa çalışırsan.
“Qarabağ”ın rəqib cərimə meydançası yaxınlığında - hansı ki, bitirici zona sayılır - sıx müdafiə olunan “Sabah”a qarşı çətinlik çəkməsi normaldır.
Belə olan halda, kiçik zonada tək toxunuşu ötürmələrə üstünlük verilir, o da ki, bir dəfə gerçəkləşdi, Kadi ustalıqla tamamladı”.
Bu açıqlama “Sportinfo TV”də Azərbaycan kubokunun finalına həsr olunan verlişdə əsləndirilib.
Tanınmış jurnalist Elçin Cəfərovun qonağı məşqçi Cavid Hüseynov olub. “Səbail”in sabiq çalışdırıcısı “Sabah” – “Qarabağ” matçını taktiki cəhətdən dəyərləndirib, Ağdam klubunun toplu və topsuz oyunlarda yaşadığı çətinlikləri dilə gətirib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN