"Qarabağ"dan sərt etiraz: "Çox şey deyə bilərəm, amma..."

3 İyun 21:00 Qarabağ 2 792
"Qarabağ"dan sərt etiraz: "Çox şey deyə bilərəm, amma..."

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Azərbaycan kubokunun final oyununda "Sabah"dan aldıqları məğlubiyyət (2:3) haqdaSportinfo.az-a müsahibə verib.

- Məğlubiyyət barədə nələr deyə bilərsən?

- Oyuna yaxşı hazırlaşmışdıq. Məqsədimiz qələbə qazanmaq idi. Sadəcə hakimlər barədə narazılığımız var. Oyunu belə sındırmaq olmaz. Amma "Sabah" layiqli qələbə qazandı. Onlar təbrik edirəm.

- Bu gün səni meydanda görmədik. Kapitan kimi 120 dəqiqə komanda yoldaşlarını kənardan izləmək çətin olmadı?

- Çox çətin idi. Kömək etmək istəyirsən, amma alınmır. Çox əsəbi oyun idi. Bütün uşaqlar gücünü göstərdilər. Hamı maksimum gücünü meydanda qoydu. Götür-qoy edəcəyik. Bizim üçün faydalı məğlubiyyət olacaq.

- Hakimə bütün komanda üzvləri narazılıq edirdi. Yekun nəticədə İnqilab Məmmədovun qərarlarının həlledici olduğunu demək olar?

- Hamı baxsın da... Neçə şübhəli epizod olduğu aydın görünür. İkinci qoldan əvvəl aşkar oyundan kənar vəziyyət verilmədi. Çox şey deyə bilərəm. Amma daha oyun bitib. Danışmağın mənası yoxdur. Amma belə etmək olmaz.

- Bugünkü yaşananlar növbəti mövsüm "Sabah"la mübarizə aparmağın çətin olacağının erkən mesajı sayıla bilər?

- "Sabah" yaxşı komandadır. Düzgün müdafiə oluna bilirlər. Aramızda çətin matçlar çox olub. Amma biz öz yolumuzdan dönməyəcəyik. İşləməyə davam edəcəyik. Ancaq bizim üçün açıq mesajdır ki, rəqiblər inkişaf edir və titullar qazanmaq istəyirlər.

- Müqavilən başa çatıb. "Qarabağ"la davam edəcəksən?

- Niyə də olmasın? Çox danışmaq istəmirəm. Yaxın günlərdə hamı hər şeyi biləcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti