“Qarabağ”ın baş məşqçisi onun karyerasını bitirməsini və qalmasını istəyir

4 İyun 15:00 Qarabağ 2 664
“Qarabağ”ın baş məşqçisi onun karyerasını bitirməsini və qalmasını istəyir

12 ildir «Qarabağ»ın formasını geyinən Bədavi Hüseynovun buradan ayrılması yenidən gündəmdədir.

Əldə etdiyimiz məlumata görə, 34 yaşlı müdafiəçinin xroniki zədələrdən əziyyət çəkməsi Qurban Qurbanovu narahatlığını son vaxtlar bir qədər də artırıb.

Dizindəki problem üzündən millinin qarşıdakı yoxlama görüşlərində forma geyinməyəcək dağıstanlı oyunçunun tezliklə karyerasını bitirməsi gözlənilir.

Əgər o, belə vəziyyətdə yenə yaşıl sahəyə ayaq basmaq istəsə… böyük ehtimalla, bu, «Qarabağ»ın formasında olmayacaq.

Baş məşqçi 2013-cü ildən sərəncamı altında çıxış edən Hüseynovun butsılarını mıxdan asmasına tərəfdardır, nəinki orada-burada top arxasınca düşməsinə.

Bədavi razılaşarsa, «Qarabağ»ın akademiyasında məşqçi olaraq yenə işə başlaya bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu