
“Qarabağ” kFFA İntizam Komitəsinin qərarları ilə bağlı Apellyasiya və Arbitraj Tribunalına şikayət etməyəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
O, çıxarılan qərarlara etiraz olunmayacağını bildirib.
AFFA İntizam Komitəsi "Sabah"a qarşı keçirilmiş Azərbaycan Kubokunun final oyununda yaşananlara görə "Qarabağ"ı cərimələyib.
"Köhlən atlar" müxtəlif səbəblərdən 6700 manat ziyana düşüb. Komandanın məşqçisi Müşfiq Hüseynov iki, futbolçu Yassin Benzia beş oyunluq cəza alıb.
Görüşün 120-ci dəqiqəsində “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klub 1500 manat cərimələnib.
Həmin vaxt hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd edən ağdamlılarınəlcəzairli yarımmüdafiəçisi Yassin Benzia 5 matçlıq diskvalifikasiya olunub, klubunu 3000 manat ziyana salıb.