Qurban Qurbanov növbəti hədəfini açıqladı - Bunu öz dilindən eşitdik

24 May 2022 09:00 Qarabağ 1 160
Qurban Qurbanov növbəti hədəfini açıqladı - Bunu öz dilindən eşitdik

"Biz hansı turnirdə iştirak ediriksə, orada hədəfə maksimum çatmaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis növbəti hədəflərinin UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək olduğunu bildirib:

"Amma nəzərə almalıyıq ki, rəqiblər də bunu istəyir. Qarşıda bizi qeyri-sabit günlər gözləyir. Bəzi futbolçular milli komandalara gedəcəklər.

İlk oyuna hazırlaşmaq üçün az vaxtımız olacaq. Hədəf Çempionlar Liqasının qrupuna düşməkdir.

Bunun üçün daha çox güc sərf edəcəyik. Hədəfə çatmaya bilərik, amma döyüşməyə bilmərik".

Digər Xəbərlər
Xəbər Lenti