"Qarabağ"ın yeni əcnəbisi: "Bu, hələ başlanğıcdır"

17 May 2022 21:20 Qarabağ 696
"Qarabağ"ın yeni əcnəbisi: "Bu, hələ başlanğıcdır"

"Qarabağ"ın futbolçusu Leandro Andrade Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlama verib.

Kabo-verdeli yarımmüdafiəçi bildirib ki, bu, hələ başlanğıcdır:

"Komandada keçirdiyim 6 ayı uğurlu saymaq olar. "Qarabağ"a gəlməklə çoxlu yeni şeylər öyrəndim. Gəlişimi uğurlu saymaq olar.

Çempionluğun dadını çıxarır, qələbəmizi qeyd edirik. İnanıram ki, davamı gələcək.

Bu, hələ başlanğıcdır. Məqsədim "Qarabağ"la çoxlu titul və təcrübə qazanmaq, öyrənmək və inkişaf etməkdir".

eandro bu ilin əvvəlindən Ağdam təmsilçisində oynayır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı