Azərbaycan yığmasının qapıçısı "Qarabağ"da bunu əldə etdi

14 May 2022 09:00 Qarabağ 1 609
Azərbaycan yığmasının qapıçısı "Qarabağ"da bunu əldə etdi

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Qarabağ”da 100-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı qolkiperin yubileyi XVI turdan təxirə salınmış “Sumqayıt”la matça təsadüf edib.

O, özü üçün əlamətdar qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb – 5:0.

Ümumilikdə, Məhəmmədəliyev “Qarabağ”dakı 100 görüşdə 60 top buraxıb. Bu oyunların 66-sı (-33) Premyer Liqa, 22-si avrokuboklar (-22), 12-si ölkə kubokuna (-5) təsadüf edib.

"Qarabağ"da 2015/2016 mövsümündə debüt etmiş Şaruddin Məhəmmədəliyev klub tarixinə 100 və daha çox oyun keçirən 4-cü qapıçı kimi düşüb.

Digər Xəbərlər
Xəbər Lenti