"Son iki turda oyunumuzdan uzaqlaşmışıq" - Qurban Qurbanov

12 May 2022 21:50 Qarabağ 534
"Son iki turda oyunumuzdan uzaqlaşmışıq" - Qurban Qurbanov

"Xal itkiləri gözləniləndir. "Sabah"la matçda çempionluğu əldə edə bilərdik. Amma gərginlik var idi. Bu gün optimal heyətlə oynasaq da, çox çatışmazlıq oldu. Son 2 turda öz oyunumuzdan uzaqlaşmışdıq. Hər bir halda futbolçularımı təbrik edirəm. Onları motivasiya etmək asan deyil. Yaxşı qalibiyyət əldə etdilər. Bol qollu oyun oldu. Matçın sonlarına yaxın bəzi dəyişikliklər etdik".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVI turdan təxirə salınmış matçından sonra deyib.

50 yaşlı mütəxəssis rəqibin görüşə pis başlamadığını bildirib: "Oyunu müdafiədən qurmaq istəyirdilər. Erkən vurduğumuz qol onların planlarını dəyişdi və boşluqlar daha çox oldu. Hər oyunda dəyişiklər edəcəyik ki, oyunçular idman formalarını qoruyub saxlaya bilsinlər. Tam olaraq, kubokun finalı üçün düşündüyümüzü deyə bilmərəm. Dəyişikliklər olacaq. İstəyirəm ki, bütün futbolçulara şans verim".

Təcrübəli baş məşqçi son olaraq Patrik Andrade və gürcüstanlı qapıçı Luka Quqeşaşvili ilə danışıqların davam etdiyini vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"