Onun “Qarabağ”a dönüşü yubanacaq - Seneqaldan asılıdır

21 Yanvar 2022 14:40 Qarabağ 1 390
Onun “Qarabağ”a dönüşü yubanacaq - Seneqaldan asılıdır

“Qarabağ”ın futbolçusunun əhvalı yüksəkdir.

Söhbət qış fasiləsini Kabo Verde millisinin üzvü Patrik Andradedən gedir.

Ağdamlıların “6 nömrəsi”nin formasını geyindiyi seçmə komanda Afrika Millətlər Liqasında qrup səddini inamla aşıb.

Qrupda Efiopiyanı 1:0 hesabı ilə udan Kabo Verde, Kamerunla heç-heçə oynayıb (1:1), Burkino Fasoya uduzub – 0:1.

Buna baxmayaraq, Patrikin komandası topladığı 4 xalla adını 1/8 final mərhələsinə yüksələn komandaların sırasına yazdırıb.

Ada təmsilçisi bu mərhələdə Seneqal yığması isə qarşılaşacaq. Oyun yanvarın 25-də baş tutacaq.

Kabo Verde Seneqal səddini aşsa, yanvarın 30-da növbəti oyununa çıxacaq.

Bu isə o deməkdir ki, Andradenin “Qarabağ”ın düşərgəsinə dönüşü bu ayın sonuna qədər mümkün olmayacaq.

İşin maraqlı tərəfi budur ki, “6 nömrə” onsuz da fevralın 8-də Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”ylə prinsipial qarşılaşmada iştirak edə bilməyəcək. Səbəb 28 yaşlı yarımmüdafiəçinin sarı vərəqə limitini doldurmasıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti