Gürcüstanlı bombardir "Qarabağ"ın yeni transferindən "Sportinfo"ya DANIŞDI

19 Yanvar 2022 17:40 Qarabağ 3 082
Gürcüstanlı bombardir "Qarabağ"ın yeni transferindən "Sportinfo"ya DANIŞDI

"Qarabağ"ın sabiq legioneri Georgi Adamiya Sportinfo.az-a açıqlama verib.

Veteran hücumçu həmyerlisi Luka Quqeşaşvilinin "Qarabağ"a transferinə münasibət bildirib:

"Qarabağ" ehtiyatla legioner seçimi aparan komandadır. Hesab edirəm ki, Quqaşvilini də seçməklə səhv etməyiblər.

O, yaxşı qapıçıdır. Luka yaya kimi icarəyə götürülüb. Amma klubda qalmaq şansı onun öz əlindədir. Ona yeni klubunda uğurlar arzu edirəm".

Gürcüstanlı forvard 2009-2012-ci illər Ağdam təmsilçisinin şərəfini qoruyub. O, bu müddətdə 72 oyun keçirib və 29 dəfə fərqlənib.

Adamiya 2010/2011- ci il mövsümündə "Qarabağ" forması ilə Azərbaycan Premyer Liqasının bombardiri olmağı da bacarıb.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"