"QARABAĞ": Özünə başqa komanda tapmadı, əvəzedici heyətə göndərildi

16 Yanvar 2022 13:00 Qarabağ 4 003
"QARABAĞ": Özünə başqa komanda tapmadı, əvəzedici heyətə göndərildi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qaspar Panaderonu əvəzedici heyətə göndərib.

İki ay öncə ayağından zədə alandan sonra əsas komandaya düşməyən ispaniyalı legioner qeyri-müəyyən vaxtadək «dubl»un sərəncamnda qalacaq.

Antalya toplanışına aparılmayan yarımmüdafiəçinin geri dönüşünü qeyri-mümkündür. Baş məşqçinin fikrincə, 25 yaşlı əcnəbi futbolçu rəqabət aparacaq gücdə deyil.

Ötən ilin yayında 3 illik müqavilə imzalamış prineyli bu mövsüm Azərbaycan Premyer Liqasında 4 oyuna çıxıb, 244 dəqiqə meydanda olub.

İspaniyalının Ağdam klubu ilə bağladığı kontraktın ümumi dəyəri 1 milyon avro civarındadır. Onun indi iki çıxış yolu var – ya müqavilə müddəti bitənədək əvəzedici heyətdə məşq və oyuna çıxmaq, ya da başqa komanda tapmaq.

Qaspar hələlik ona sərf edəcək yeni təklif almayıb. Nə ölkəsindən, nə də başqa yerlərdən.

Düzdür, dəvətlər var, amma maliyyə şərtləri «Qarabağ»la müqayisədə xeyli aşağıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti