"Qarabağ"da oynadı, ərəblər aldatdı, çətin vəziyyətə düşdü

13 Yanvar 2022 14:20 Qarabağ 1 490
"Qarabağ"da oynadı, ərəblər aldatdı, çətin vəziyyətə düşdü

"Qarabağ"ın sabiq legioneri Samuel Armenteros çətin vəziyyətə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə isveçli hücumçunun agenti Fredrik Risp "fotbollskanalen.se" saytına açıqlamasında deyib.

O bildirib ki, 32 yaşlı hücumçu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Fucayra"dan ayrıldıqdan sonra 8 aydır klubsuz qalıb:

"Komandası yüksək liqanı tərk etdikdən sonra çətin vəziyyətdə qaldı və əmirlikdə qalmaq ümidi ilə bir çox təklifi rədd etdi. Amma bu baş vermədi".

Rispin sözlərinə görə, təcrübəli forvard yeni klub tapa bilməsə, İsveç komandalarından birinə keçəcək.

Samuel Armenteros 2015/2016 mövsümündə "Qarabağ"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı