"Ona görə digər təkliflərdən imtina edib, "Qarabağ"la razılaşdım"

1 Dekabr 2021 01:50 Qarabağ 2 492
"Ona görə digər təkliflərdən imtina edib, "Qarabağ"la razılaşdım"

“Qarabağ”ın sabiq legioneri Faysal Reras sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, mərakeşli müdafiəçi Ağdam klubundakı çıxışını xatırlayıb:

- Son iş yerin Bolqarıstanın tanınmış klubu “Levski” olub. İndi necə, təkliflərin var, yoxsa karyeranı başa vurmaq haqda düşünürsən?
- Doğrudu, son klubum “Levski” olub. Hazırda heç bir komandada oynamıram. İndi yanvara hazırlaşıram. Yeni çağırış olacağına ümid edirəm.

- “Qarabağ”a transferini xatırlayırsan? Maraqlıdı, Ağdam klubuna görə hansı komandalardansa imtina etmişdin?
- İspaniya Sequndasından və Belçika 1-ci divizion klubundan təklif almışdım. Ancaq “Qarabağ”ın təklifi, layihəsi ilə tanış oldum. Ona görə digər təkliflərdən imtina edib, "Qarabağ"a keçidə razılaşdım.

- “Qarabağ”ın heyətindəki hansı oyunu özün üçün unudulmaz hesab edirsən?
- “Qarabağ”da inanılmaz insanlarla gözəl anlar yaşamışam. İlk matçım “Linfild”ə qarşı idi. Avropa Liqasının pley-off matçının səfərdəki oyununda önəmli qol vurmuşdum.

- Avropa Liqasının oyunlarında oynamadınız. Bunu nə ilə əlaqələndirirsən?
- Doğrudu, Avropa Liqasının oyunlarında oynamadım. Ancaq bu, Qurban Qurbanovun verdiyi qərar idi. Mən də onun qərarına hörmətlə yanaşıram. “Qarabağ”da keçirdiyim anlar unudulmaz idi.

- Azərbaycana qayıtmaq ehtimalın var?
- Əslində, Azərbaycana qayıtmaq ehtimalım var idi. Çünki Premyer Liqadan 1 komanda mənimlə kontakta keçdi. Ancaq sonradan konkretlik olmadı. Ona görə də geri qayıtmağım alınmadı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"