“Qarabağ”ı canlı izləmək istəyənlər üçün SON XƏBƏR

24 Noyabr 2021 17:20 Qarabağ 1 339
“Qarabağ”ı canlı izləmək istəyənlər üçün SON XƏBƏR

Azərbaycanın Avropadakı fəxri olan “Qarabağ” 2021-ci ildə Bakıda son avrokubok matçına çıxacaq.

Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk 4 görüşündə 3 qələbə və 1 heç-heçə sayəsində topladığı 10 xalla qrup lideri olan təmsilçimizin növbəti rəqibi Kipr “Omoniya”sıdır.

“Kayrat”la səfər qarşılaşmasındakı 2:1 hesablı qələbə sayəsində pley-off mərhələsinə vəsiqəni təmin edən “köhlən atlar” növbəti 3 xalını əldə etməklə qrup liderliyini hədəfləyib.

Oyuna maraq kifayət qədər böyükdür. Cümə günü satışa çıxarılan 15500 ədəd biletdən 12 mini artıq sahibini tapıb. Məlunatı klubun mətbuat katibi Gündüz Abbaszadə saytımıza açıqlamasında verib.

Oyuna az vaxt qaldığını nəzərə alsaq, bu günün sonuna qədər kassalardakı biletlərin tükənəcəyi gözlənilir. Odur ki, matç günü bilet almaq həvəsinə düşənlərin üzücü xəbər eşitməsi gözləniləndir.

Koronavirus pandemiyasının fəsadlarına görə dövlət tərəfindən yarışlara arenanın ümumi tutumunun 50 faizi qədərində azarkeş buraxılır ki, bu üzdən 31200 yerlik Respublika stadionunda 15500 nəfər yer ala bilər.

Yeri gəlmişkən, sabah baş tutacaq oyun saat 21:45-də start götürəcək.

Görüşün gec saatlarda başa çatacağını nəzərə alan “Qarabağ” Bakı Metropoliteninə müraciət edərək, yeraltı nəqliyyat vasitəsinin saat 01:00-a qədər işləməsinə nail olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu