"Heç kim komandanın 1 gecənin içində qruplara qalacağına söz verməmişdi"

19 Oktyabr 2021 11:00 Qarabağ 548
"Heç kim komandanın 1 gecənin içində qruplara qalacağına söz verməmişdi"

"Aberdin"in prezidenti Deyv Kormak "Qarabağ"a qarşı keçirdikləri Konfrans Liqasının pley-off oyunlarını yada salıb.

Sportinfo.az xəbər verir ki, şotlandiyalı funksioner yerli mətbuata açıqlamasında Ağdam təmsilçisinə məğlubiyyətə görə çox tənqid olunduqlarını söyləyib.

O bildirib ki, komandanın qısa müddətdə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmasını gözləmək düzgün deyil:

"Azərbaycan təmsilçisi ilə matçlara görə bizi qınayanlar çox oldu. Amma nəzərə almaq lazımdır ki, "Aberdin" 14 ildən sonra ilk dəfə avrokubokların pley-off mərhələsində çıxış edirdi. Heç kim komandanın 1 gecənin içində qruplara qalacağına söz verməmişdi".

Bakıdakı ilk oyunda "Aberdin"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ" cavab matçında inamlı qələbə qazanmışdı - 3:1.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı