“Qarabağ”ın “Omoniya” ilə matçının hakimləri - Şotlandiyadan

28 Sentyabr 2021 13:40 Qarabağ 445
“Qarabağ”ın “Omoniya” ilə matçının hakimləri - Şotlandiyadan

“Qarabağ”ın Konfrans Liqasının II turunda “Omoniya” ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA Nikosiyadakı qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadasına həvalə edib.

Matçda ədaləti Bobbi Madden qoruyacaq. Ona David Rum və Alan Mulvanni köməklik göstərəcək. Kreyq Napier isə 4-cü hakim funksiyasını icra edəcək.

Sentyabrın 30-da GSP stadionunda keçiriləcək “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”