“Qarabağ”ı canlı izləməyin haqqı - 5 və 125 avro arasında dəyişir

23 Sentyabr 2021 18:00 Qarabağ 826
“Qarabağ”ı canlı izləməyin haqqı - 5 və 125 avro arasında dəyişir

Kiprdə "Omoniya" və "Qarabağ" arasında Konfrans Liqasının qrup mərhələsinin II tur matçı üçün biletlər sentyabrın 24-dən satışda olacaq.

Sportinfo.az-ın Nikosiya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, qiymətlər sektorlara uyğun olaraq 5 avro və 125 avro arasında dəyişir.

Uşaqlar üçün ən ucuz biletin qiyməti 5 avro, yeniyetmələr üçün 10 avro, böyüklər üçün isə 20 avrodur.

Sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi ilk turda evdə İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti