Bu gün “Qarabağ”a nə vəd edir?

16 Sentyabr 2021 20:40 Qarabağ 474
Bu gün “Qarabağ”a nə vəd edir?

Bu gün “Qarabağ” növbəti avrokubok matçına çıxacaq.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələnə “Bazel”lə qarşılaşma ilə başlayacaq.

Bu, Azərbaycan klublarının avrokuboklar tarixində sentyabrın 16-da keçirəcəyi 2-ci oyundur. İndiyədək yalnız bir dəfə təmsilçimiz bu tarixdə meydana çıxıb.

Buna ötən il təsadüf olunub. “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde”ni qəbul edib. Kiprdə baş tutan matç Ağdam klubu üçün uğursuz nəticələnib. Qurban Qurbanovun yetirmələri penaltilər seriyasında uduzub.

2020/21 mövsümü
Çempionlar Liqası
III təsnifat mərhələsi
16 sentyabr. “Qarabağ” – “Molde” (Norveç) – 0:0, pen. 5:6

Digər Xəbərlər
Xəbər Lenti