Onun “Qarabağ”a gəlişində Musanın rolu olub? - Özü bildirdi

20:00 Qarabağ 471
Onun “Qarabağ”a gəlişində Musanın rolu olub? - Özü bildirdi

“Qarabağ”ın yeni transferi Zakariya Savonun Azərbaycana gəlişini Musa Qurbanlının adı ilə bağlayanlar var.

Səbəb hər ikisinin karyerasında “Yurqorden” adının olmasıdır.

Bəziləri düşünür ki, Musa İsveç klubunda oynayanda Savo ilə komanda yoldaşı olduğuna görə, əslən Qambiyadan olan hücumçunun keyfiyyətləri barədə atası Qurban Qurbanova məlumat verib və beləcə transfer gerçəkləşib.

Əslində isə belə deyil.

Zakariya Sportinfo.az-a açıqlamasında hazırkı komanda yoldaşı ilə bağlı danışıb:

“Təəssüf ki, Musa ilə komanda yoldaşı olmamışıq. “Yurqorden”də ayrı-ayrı vaxtlarda çıxış etmişik.

“Qarabağ”a gələndən sonra Musanı yaxından tanıdım və keçmiş klubumuz haqda söhbətimiz oldu.

Bəzi ortaq futbolçu tanışlarımız oldu ki, onlar barədə danışdıq, “Yurqorden”dəki günlərimizin xatirəsini bölüşdük.

Azərbaycana gələnə qədər Musayla şəxsi tanışlığım yox idi”.

Musa Qurbanlı 2023/24 mövsümündə çıxış etdiyi “Yurqorden”də 16 matçda şans qazanmaqla 2 qola imzasını yazdırıb.

Zakariya Savo isə 2025/26 mövsümünün ilk yarısını bu klubda keçirməklə 18 qarşılaşmada 1 dəfə fərqlənib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti