“Qarabağ”dan təklif gəldi, “gedirəm” dedim, kiməsə zəng etmədim, məsləhət almadım”

21:20 Qarabağ 335
“Qarabağ”dan təklif gəldi, “gedirəm” dedim, kiməsə zəng etmədim, məsləhət almadım”

“Qarabağ”ın mənimlə maraqlandığını eşidəndə çox sevinmişdim.

Hər il avrokubokların qrup mərhələsində çıxış edən komandanın bir parçası olmaq həqiqətən qürurverici hisdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “köhlən atlar”ın yeni transferi Bense Varkonyi deyib.

Vətəni Macarıstanda ZTR klubunun şərəfini qoruyan 24 yaşlı mərkəz müdafiəçisinin əsas məqsədlərindən biri ölkə xaricində legioner həyatı yaşamaq olub.

Belə bir məqamda “Qarabağ”ın ona təklif göndərməsini sevinclə qarşılayıb. Buna səbəb “Qarabağ”ı yaxından tanımasıymış

Haradan? Necə?

Öz dilindən eşidək:

“Qarabağ” ötən mövsüm Çempionlar Liqasında əla nəticələrə imza atdı. Avropanın güclü komandalarını məğlub etməklə pley-offa qədər yüksəldi.

Fikrimcə, peşəkar futbolla məşğul olan hər bir futbolçu Çempionlar Liqasının nəticələrini diqqətdə saxlayır və nəticələri görür.

Lakin mən “Qarabağ”ı daha öncə tanıyırdım. Son illərdə bir neçə dəfə “Ferentsvaroş”la qarşılaşıb.

Üstəlik, Macarıstana səfər edib. “Qarabağ”ın bəzi futbolçuları sonradan “Ferenetsvaroş”un şərəfini qoruyub (Kadi Borges, Ovusu Kvabena, Jalio Romao – H.).

Bu cür klubdan təklif gələndə düşünmədən “getmək istəyirəm” dedim. Heç kimə zəng etmədim, məsləhət almadım. Sadəcə, “Qarabağ”da oynamaq həvəsimi bildirdim.

Çünki bu, mənim üçün yeni çağırış, yeni başlanğıc deməkdir. İnkişaf etməyim üçün beynəlxalq turnirlərdə oynamaq mütləqdir”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti