“Mənim üçün heç bir fərqi yoxdur” - “Qarabağ”a yeni gələn

18 İyul 17:40 Qarabağ 810
“Mənim üçün heç bir fərqi yoxdur” - “Qarabağ”a yeni gələn

«Sağ, sol, mərkəz - mənim üçün heç bir fərqi yoxdur ».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın yay transferi Jali Muaddib deyib.

Ağdam klubunun «Apollon»dan (Kipr) sıralarına qatdığı fransalı legioner bildirib ki, yarımmüdafiənin cinahlarında və mərkəzdə oynamaq bacarığına sahibdir.

Həmçinin sol cinahda özünü rahat hiss edir:

«Əsas olan meydana çıxmaq, komandaya kömək etməkdir. Baş məşqçimiz hansı mövqedə şans versə, əlimdən gələni edəcəm.

«Qarabağ» mənim üçün yeni və böyük çağırışdır. Bura ciddi məqsədlərlə gəlmişəm».

Digər Xəbərlər
Xəbər Lenti