“Qarabağ”dan MÜHÜM XƏBƏR - Bu gün satışa çıxarılacaq

01:50 Qarabağ 173
“Qarabağ”dan MÜHÜM XƏBƏR - Bu gün satışa çıxarılacaq

Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “CSKA Sofia” (Bolqarıstan) qarşılaşmasının biletləribugündən satışda olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək.

VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manata satışa çıxarılacaq.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

“Qarabağ” - “CSKA Sofia” görüşü iyulun 23-də saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik