“Qarabağ”dan gedəni dünya ulduzuna bənzətdilər, ləqəb qoşdular

22:20 Qarabağ 240
“Qarabağ”dan gedəni dünya ulduzuna bənzətdilər, ləqəb qoşdular

“Qarabağ”dan ayrılan Kevin Medina karyerasını Malayziyada davam etdirəcək.

33 yaşlı müdafiəçi bu ölkənin “Johor” klubu ilə müqavilə bağlayıb.

12 dəfə ölkə çempionu olan, 6 dəfə ölkə kubokunu qazanan “cənub pələnglər”i kolumbiyalı futbolçunun keçidini sosial şəbəkə hesablarında rəsmi şəkildə açıqlayıb.

Rəylərin böyük əksəriyyəti azərbaycanlılara məxsusdur. “Qarabağ” fanatları Kevinin ayrılığı ilə barışa bilmir, ona yeni klubunda uğurlar arzulayırlar.

“Johor”un fanatları ilə Medinanın gəlişini böyük hadisə kimi qələmə verərək onu dünya futbol ulduzu Karles Puyola bənzədirlər.

Şərhlərin bir qismini təqdim edirik:

“Gözlədiyimiz an axır ki, yetişdi. Xoş gəlmisən, keçəl!”

“Şərhlərə baxın, “Qarabağ” azarkeşləri onun gedişi ilə barışa bilmir. Bəxtimiz gətirib ki, artıq bizimlədir”.

“Kevinin gəlişi lap yerinə düşdü. Sağda Raul Parra, solda Con İrazabal, mərkəzdə Eddi İsrafilovla Kevin Medina”.

“Qarabağ”ın tarixinin ən uğurlu və sevimli futbolçularından biridir. Oyun üslubuna görə məşhur “Barselona”lı Karles Puyolu xatırladır”.

“Rəqib futbolçuların canına qorxu salacaq görünüşü var. Əsl stoperdir. Uğurlar, Kevin!”

“Xoş gəldin, Puyol. Müdafiə xəttində sənin kimi “canavar”a ehtiyac var idi”.

“Qarabağ” Avropadakı oyununa baxanda Juninyo adlı hücumçunu çox bəyənmişdim. Düşünürdüm ki, bir gün “Johor”un formasını geyinər. Əvəzində, Kevin Medina dəvət olundu. Uğurlar, dostum!”

“Xoş gəlmisən, saçsız Puyol”.

“Adam üzünə baxmağa qorxur. Çox zəhmlidir. Müdafiəmiz üçün əsl “divar” olacaq”.

“Qarabağ”da hamı üzgündür. Deməli, “Johor” üçün düzgün seçimdir”.

2020-2026-cı illər aralığında “Qarabağ”ın şərəfini qorumuş Kevin Medina 204 oyunda 6 qol vurub, 7 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti