Transfer çalışmalarını davam etdirən "Qarabağ" bu dəfə "Liverpul"un sabiq ulduzu Nabi Keytanı heyətinə qatmaq istəyir.
Afrika mətbuatı Sportinfo.az-ın yaydığı məlumatı təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/254764.html).
Bildirilib ki, Ağdam təmsilçisi 31 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı "Ferentsvaroş" ilə rəsmi əlaqə saxlayıb.
Hazırda tərəflər arasında danışıqlar davam edir və transferin taleyinə yaxın günlərdə aydınlıq gələcəyi gözlənilir.
Qvineya millisinin aparıcı üzvünün hazırkı transfer dəyəri 1,5 milyon avro qiymətləndirilir.
Orta sahə oyunçusu 2018–2023-cü illərdə "Liverpul"un şərəfini qoruyub. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, həmçinin digər nüfuzlu turnirlərin qalibi olub.

