“Qarabağ” ikinci mərhələni də adlasa, bu komandalardan biriylə qarşılaşacaq

00:30 Qarabağ 170
“Qarabağ” ikinci mərhələni də adlasa, bu komandalardan biriylə qarşılaşacaq

Azərbaycanın vitse-çempionu “Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyadan “Vestri”ni mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası 2-ci təsnifat mərhələsində Bolqarıstan SSKA-sı ilə qarşılaşacaq.

Oyunlar iyulun 23-də Bakıda, 30-da isə Sofiyada keçiriləcək.

Bununla yanaşı, iyulun 20-də Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

“Qarabağ” – SSKA cütlüyü Ağdam təmsilçisinin yüksək reytinqinə (42,750) görə səpələnmişlər sırasında yer alacaq.

“Qarabağ” Bolqarıstan klubunu mübarizədən kənarlaşdıracağı halda, 3-cü mərhələdə aşağıdakı rəqiblərdən biri ilə qarşılaşa bilər:

“Yagelloniya” (Polşa);

“Makkabi” (Təl-Əviv, İsrail) – “Şerif” (Moldova) cütünün qalibi;

“Hammarbü” (İsveç) – “Anderlext” (Belçika) cütünün qalibi;

“Pafos” (Kipr) – “Hayduk” (Xorvatiya) cütünün qalibi;

“Tromse” (Norveç) – “Hradets Kralove” (Çexiya) cütünün qalibi;

Çempionlar Liqasındakı “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün məğlubu;

* Çempionlar Liqasındakı “FənərbaxçA” (Türkiyə) – “Qurnik” (Polşa) cütünün məğlubu

“Qarabağ” pley-off mərhələsinin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq. Komandanın həmin mərhələdəki 12 mümkün rəqibindən dördü artıq məlumdur.

Bunlar Belçikanın “Sent-Trüyden”, Türkiyənin “Trabzonspor”, Yunanıstanın OFİ və Norveçin “Lillestrem” klublarıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik