"Qarabağ"da azarkeşlərin səbrsizliklə gözlədiyi ayrılıq nə vaxt baş tutacaq?

16:00 Qarabağ 270
"Qarabağ"da azarkeşlərin səbrsizliklə gözlədiyi ayrılıq nə vaxt baş tutacaq?

Şahruddin Məhəmmədəliyev "Qarabağ"dan ayrılmaq qərarı verib.

Millimizin qapıçısı menecerlərə ona yeni klub tapmağı tapşırıb.

32 yaşlı kiperin bu addımı səbəbsiz deyil.

Ağdam klubunda hazırda "bir nömrə" Mateus Koxalskidir.

Şahruddin daha çox liqa matçlarında meydana çıxırdı.

Yay fasiləsində isə Martin Zlomisliç heyətə cəlb olundu.

Artıq Premyer Liqada da "Şah"ın çərçivədə olması ciddi sual altına düşmüş olur.

Şahruddin yaranmış vəziyyətdən narazıdır.

Oyun forması əldə edə biləcəyi yerə getmək istəyir.

Hazırda heç bir ciddi təklifi yoxdur.

Amma axtarışlar gedir. Şahruddin bu barədə Qurban Qurbanovu da məlumatlandırıb.

Təcrübəli kiper 2016-cı ildə "Qarabağ"a transfer olunub.

Arxada qalan müddətdə 149 oyunda meydana çıxıb.

O, Azərbaycan yığmasında isə 36 qarşılaşmada forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti