“Milan”ın şərəfini qorumuş müdafiəçiyə "Qarabağ" elçi düşdü

17 İyul 23:20 Qarabağ 286
“Milan”ın şərəfini qorumuş  müdafiəçiyə "Qarabağ" elçi düşdü

"Universitatya"nın müdafiəçisi Andrey Kubis karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki,sportal.az-a verilən məlumata görə, "Qarabağ" rumıniyalı futbolçunun xidmətində maraqlıdır.

Ağdam klubu Kubisi heyətinə qatmaq istəyir.

"Qarabağ" 22 yaşlı mərkəz müdafiəçisi üçün onun klubu ilə danışıqlar aparır.

Kubis "Milan"ın yetirməsidir. Rumıniya millisinin üzvü bu ilin yanvarında "Sampdoriya"dan "Universitatya"ya qoşulub

. O, Kluj təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Kubisin dəyərini 1,2 milyon avro qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik