Buna baxın - “Qarabağ”dan nədə üstün olublar?

03:00 Qarabağ 244
Buna baxın - “Qarabağ”dan nədə üstün olublar?

“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Vestri” ilə səfər oyununun statistikası açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 3:0 hesablı qələbə qazandığı görüşdə böyük üstünlüyə malik olub.

İslandların qarşılaşma ərzində 3 zərbəsinə təmsilçimiz düz 13 dəfə qarşılıq veriblər. Bunun isə 6-sı “çərçivə”yə doğru ünvanlanıb. Bir sözlə, “Vestri” 3 cavabsız qolla məğlub olmasına sevinməlidir.

“Vestri” yalnız oyundankənar vəziyyət və cərimə zərbələrinin sayında Azərbaycan komandasını qabaqlayıb.

“Vestri” – “Qarabağ”

Qollar – 0:3

Zərbələr – 3:13

“Çərçivə”yə zərbələr – 2:6

“Çərçivə”yə düşməyən zərbələr – 1:7

Bloklanan zərbələr – 0:0

Künc zərbələri – 1:13

Oyundankənar vəziyyət – 1:0

Cərimə zərbələri – 9:6

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!