“Qarabağ”ın qələbəsini kimdən gizlədirlər?

16:40 Qarabağ 247
“Qarabağ”ın qələbəsini kimdən gizlədirlər?

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” adına layiq oyun və nəticələrlə 2-ci mərhələyə yüksəldi.

İlk oyunda “Vestri”ni Bakıda 3:0 hesabı ilə udan “köhlən atlar” İslandiyadakı cavab qarşılaşmasında da rəqibin daşını daş üstə qoymadı – 3:0.

“Vestri” məlum qarşılaşmadan öncə sosial media səhifələrində oyunun anonsunu paylaşmaqla bir növ azarkeşləri stadiona səsləmişdi.

Matç başa çatandan sonra həmin səhifələrə göz gəzdirəndə, nə yekun nəticəni gördük, nə oyundan hazırlanmış fotoreportajı, nə də hansısa başqa məlumatı.

“Vestri”bin sosial media səhifələri görüşlə bağlı heç bir bilgi verməyib. Sanki Reykyavikdə Avropa Liqasının oyunu keçirilməyib.

Hansısa daxili yarış, yaxud yoxlama matçı olsaydı, bəlkə də başa düşmək olardı. Lakin Avropanın statusuna görə ikinci dərəcəli klub turnirinin qarşılaşmasına bu cür yanaşmaq... Sanki belə bir oyun keçirilməyib, “Qarabağ” 3:0 hesabı ilə qələbə qazanmayıb.

Azərbaycanlı sosial media izləyiciləri səhifənin başqa paylaşımlarının rəy bölməsində bununla bağlı irad bildirməsi belə, islandları “ayıltmayıb”.

Maraqlıdır ki, “Vestri” “Qarabağ” önündəki darmadağını kimdən gizlədir? Niyə gizlədir?

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti