İsveçrə klubu hələ "Qarabağ"a məlumat verməyib ki…

14 Sentyabr 2021 11:40 Qarabağ 2 142
İsveçrə klubu hələ "Qarabağ"a məlumat verməyib ki…

"Bazel" Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının qrup oyunu öncəsi azarkeşlərinə çağırış edib.

Bazel şəhərinin eyniadlı təmsilçisi fanatları stadionda komandaya dəstək olmağa səsləyib.

Bildirilib ki, matçın oynanılacağı Bakı Olimpiya Stadionunda (BOS) 308-ci sektor qonaq komandanın azarkeşləri üçün ayrılıb. Məlumatda biletlərin satıldığı məntəqələr və onların qiymətləri də göstərilib.

Sentyabrın 16-da keçiriləcək "Qarabağ" - "Bazel" oyunu saat 20:45-də başlayacaq.

Hələlik isə İsveçrə komandasını BOS-da qələbəyə səsləyəcək isveçrəli azarkeşlərin olub-olmayacağı haqda məlumat yoxdur. Çünki qarşı tərəf bu barədə “Qarabağ”a hər hansı bildiriş göndərməyib.

İsveçrədən Bakıya hansı sayda həmkarımızın gələcəyi də bilinmir. Bu cür hallarda qonaq komanda meydan sahiblərinə akkreditasiya ilə bağlı müraciət etsə də, “Qarabağ”a jurnalistlərlə bağlı məktub ünvanlanmayıb.

İsveçrə nəhəngi oyundan 1 gün əvvəl – sentyabrın 15-də, saat 15.40-da paytaxtımıza təşrif buyuracaq. Təmsilçimizin rəqibi məskunlaşmaq üçün Bakının dəbdəbəli otellərindən sayılan “Hilton”u seçib.

Komandaların oyunöncəsi son məşqinin, eləcə də, baş məşqçilərin mətbuat konfranslarının vaxtı ilə bağlı çərşənbə gününə qədər məlumat veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti