"Qarabağ" 2 yeni transferini sifariş etdi – AEL ilə oyunlara

4 Avqust 2021 09:20 Qarabağ 2 230
"Qarabağ" 2 yeni transferini sifariş etdi – AEL ilə oyunlara

"Qarabağ" yeni transferləri - Riçard Almeyda və Qaspar Panadero Zamoranı AEL-ə qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin oyunlarına sifariş edib.

Sportinfo.az xəbər verir ki, hər iki yarımmüdafiəçilərin adı UEFA-ya təqdim olunub.

"Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.

Kiprdəki matç Bakı vaxtı ilə saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM