“Qarabağ”la 3 illik müqavilə bağladı, "13"ü götürdü - RƏSMİ

29 İyul 2021 11:00 Qarabağ 1 396
“Qarabağ”la 3 illik müqavilə bağladı, "13"ü götürdü - RƏSMİ

“Qarabağ” daha bir transferini rəsmiləşdirib.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi Bəhlul Mustafazadəni heyətinə cəlb edib.

“Sabah”dan ayrılan və Birləşmiş Ərəb Əmirlikləri klubu “Əl-Əyn”ə keçidi baş tutmayan millimizin üzvü yeni komandasına azad agent kimi keçib.

O, “Qarabağ”la 3 illik müqavilə imzalayıb. 24 yaşlı müdafiəçi ağdamlılarda 13 nömrəli formanı geyinəcək.

“Qarabağ” yay fasiləsində buna qədər Kadi Borqes və Ramil Şeydayevi transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!