“Sizə gələcəkdə ən yaxşısını arzulayıram, “Qarabağ” - VİDA MESAJI

26 İyul 2021 17:20 Qarabağ 1 435
“Sizə gələcəkdə ən yaxşısını arzulayıram, “Qarabağ” - VİDA MESAJI

“Qarabağ”ın bu gün yollarını ayırdığı Uroş Matiç Ağdam klubu ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi bununla bağlı instaqram səhifəsində paylaşım edib.

“Qarabağ” formasında şəklini paylaşan 31 yaşlı orta sahə oyunçusu ağdamlılara təşəkkür edir: “Hər şey üçün təşəkkür edirəm. Sizə gələcəkdə ən yaxşısını arzulayıram, “Qarabağ”.

Uroş Matiç ötən ilin yayında “Qarabağ”la 2+1 illik müqavilə bağlasa da, onunla sözləşməyə qarşılıqlı razılıqla xitam verilib.

Digər Xəbərlər
Xəbər Lenti