"Qarabağ"lı futbolçuların son açıqlamaları göstərdi ki..."

22 İyul 2021 14:00 Qarabağ 1 052
"Qarabağ"lı futbolçuların son açıqlamaları göstərdi ki..."

"Qarabağ"ın baş məşqçisi və futbolçularının verdiyi son açıqlamalar göstərdi ki, komandada əhval-ruhiyyə yaxşıdır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın Konfrans Liqasının II təsnifat mərhələsinin bu gün "Aşdod"la baş tutacaq oyunu haqqında danışan təcrübəli mütəxəssis Novruz Əzimov deyib.

61 yaşlı mütəxəssis "Qarabağ"ın yenidən qruplara qalacağına inandığını bildirib: "Komandanın işləri pis getmir. Hər kəs kimi mən də "Qarabağ"ın qələbəsini arzulayıram və gözləyirəm. Məncə, komandanın son mövsüm çempion olmaması belə avrokuboklara yenidən uğurlu çıxış etməyə mane olmayacaq.

Konfrans Liqası yeni turnirdi. "Qarabağ"dan burada da qruplara qalmağı gözləyirəm. Bu gün əksər komandaların heyəti hələ tam oturuşmayıb. Çünki mövsüm başa çatandan sonra komandadan ayrılanlar və yeni qoşulanlar olur. Onların adaptasiyası bir qədər vaxt aparacaq"..

Əzimov "Qarabağ"ın yeni transferlərə ehtiyac duyub-duymaması haqda çox danışmaq istəmədi: "Heyətin daha da güclənməsinə ehtiyac olub-olmamasını baş məşqçi daha yaxşı bilər. Amma sözsüz ki, hər zaman güclənməyə, daha da təkminləşməyə ehtiyac var. Yeni transferlər olunub. Onların da faydalı olacaqlarına inanıram".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!