"Qarabağ"da yeni müqavilə

23 İyun 2021 20:00 Qarabağ 1 670
"Qarabağ"da yeni müqavilə

“Qarabağ” hücumçusu Musa Qurbanlını qaytarıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən məlumatına görə, gənc forvard Ağdam təmsilçisi ilə yeni müqavilə imzalayıb. Tərəflər arasında saziş 3 il müddətinə imzalanıb. Ötən mövsümün ikinci yarısını icarə əsasında “Zirə”də keçirən 19 yaşlı hücumçu növbəti mövsüm yenidən atası Qurban Qurbanovun sərəncamında olacaq.

Qeyd edək ki, Musa Qurbanlı 2020/21 mövsümündə “Qarabağ”da 5, “Zirə”də isə 9 oyun keçirib, hər iki komandanın heyətində 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti