"Qarabağ" Avropada gənc futbolçu axtarır

21 İyun 2021 19:20 Qarabağ 1 551
"Qarabağ" Avropada gənc futbolçu axtarır

“Qarabağ” heyətini gücləndirmək üçün yeni futbolçular axtarışındadır.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi İtaliya, İspaniya, Fransa və Portuqaliyanın ikinci liqalarında çıxış edən gənclərlə yaxından maraqlanır.

Klub belə oyunçuları heyətə cəlb edərək iki-üç illik müqavilə bağlamaq niyyətindədir. Onların özünü yaxşı tərəfdən göstərməsi gələcəkdə Avropa klublarına satılmasına səbəb ola bilər.

Məhz bu səbəbdən ağdamlılar gənclərin axtarışındadı. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin bu məsələyə reaksiyası belədir (Futbol+):

“Transferlərlə bağlı - kimdi, neçə yaşı var - məlumat vermək istəmirəm. Bu istiqamətdə işlərimiz davam edir.

Sadaladığınız məqamlara diqqət yetirilir, önəm verilir. Ümumiyyətlə, transfer olunacaq futbolçu “Qarabağ”ın meyarlarına uyğun olmalıdı.

Bu səbəbdən də xüsusi həssaslıqla seçim edirik. Azarkeşlərimizin səbirsizliyini də anlayırıq. Amma biz “Qarabağ”ın tələblərinə uyğun olmayan futbolçunu transfer etmək istəmirik.

Hansısa keçid olsa, rəsmi saytımızda məlumat paylaşacağıq. Əlavə olaraq onu deyə bilərəm ki, transfer çalışmaları davam edir. Konkret say açıqlaya bilmərəm.

Amma onu deyə bilərəm ki, transferi gündəmdə olan futbolçuların sayı çoxdur. Bəzi mövqelər üzrə axtarışları sürətləndirmişik.

Sözün düzü, hazırda transfer məsələləri bir qədər çətindir. Çünki bu işlərə, qeyd etdiyim kimi, çox həssas yanaşırıq”.

Digər Xəbərlər
Xəbər Lenti