“Qarabağ” elan etdi: “Biz bu futbolçunun xidmətində maraqlı deyilik”

17 İyun 2021 19:00 Qarabağ 1 627
“Qarabağ” elan etdi: “Biz bu futbolçunun xidmətində maraqlı deyilik”

“Biz bu futbolçunun xidmətində maraqlı deyilik”.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportinfo.az-a açıqlamasında Lukas Podolski haqda xəbərə münasibət bildirib.

O, hazırda azad agent statusu daşıyan Almaniya yığmasının sabiq hücumçusunun transfer planlarına daxil olmadığını qeyd edib:

“Adıçəkilən futbolçu ilə bağlı menecerlərlə heç bir danışıqlar aparmamışıq”.

Polşa kökənli qolçu Almaniyanın bütün yaş qrupları üzrə yığmalarına çağırılıb. 2004-cü ildən əsas milliyə çağırılıb və 2017-ci ilədək burada 130 oyun keçirib, 49 qol vurub.

«Köln»ün yetirməsi karyerası ərzində «Bavariya», «Arsenal», «İnter», «Qalatasaray» və «Vissel Kobe»nin şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti