“Qarabağ” 2 futbolçu ilə iki illik anlaşdı - FOTOLAR

9 İyun 2021 13:40 Qarabağ 2 332
“Qarabağ” 2 futbolçu ilə iki illik anlaşdı - FOTOLAR

“Qarabağ” daha iki futbolçusu ilə bağlı qərarını açıqlayıb.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçilər Abbas Hüseynov və Rahil Məmmədovun komandada qalacağı dəqiqləşib.

Bir müddət əvvəl Ağdam təmsilçisi ilə razılığa gələn milli komandamızın oyunçuları yeni 2 illik müqaviləni rəsmiləşdiriblər. Bu isə o deməkdir ki, həm Abbas, həm də Rahil 2023-cü ilin yayına qədər “Qarabağ”a məxsus olacaq.

“Qarabağ” yay fasiləsində buna qədər Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Qara Qarayevin də sözləşməsini yeniləyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi