Mahir məhz bu klubda çıxış etmək istəyir? - TƏFƏRRÜAT

6 May 2021 13:00 Qarabağ 1 093
Mahir məhz bu klubda çıxış etmək istəyir? - TƏFƏRRÜAT

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Mahir Emrelinin mövsümün sonunda "Legiya"ya keçəcəyi haqda xəbərlərə münasibət bildirib.

O, mövsümün sonunda yenidən hücumçuya təkliflərinin olacağını qeyd edib:

"Bununla bağlı klub tərəfindən açıqlama verilib. Mahir mayda azad agent olacaq. Bütün danışıqları özü və meneceri aparır. Bir neçə təklifləri var.

Bu gün də Mahirlə söhbətimiz olur. Heç bir komanda ilə masa arxasına oturmayıb. Çempionat bitəndən sonra yaxınları ilə məsləhət edəcək.

Hansı daha uyğun olacaqsa, razılığa gələ bilər. Bizim klubun da təklifi olmuşdu. Özünün də istəyi Avropaya çıxmaqdır.

Mən də baş məşqçi olaraq sevinərəm ki, azərbaycanlı futbolçu daha səviyyəli komandada oynasın. Mövsümün sonunda təklifimizi yenə edəcəyik. Razılaşsa, qalacaq, razılaşmasa, gedəcək".

Ağdam təmsilçisi forvarda son olaraq illik 500 min manat təklif edib. Onu da bilirik ki, Mahir gələcəyi ilə bağlı qərar verməyi Qurbanovun öhdəsinə buraxıb.

Belə deyək də, o, 2015-ci ildən formasını geyindiyi klubun baş məşqçisinə hörmət əlaməti kimi bu cür mövqe sərgiləyib.

Bununla yanaşı, ondan da məlumatlıyıq ki, Emreli Avropanın ikinci-üçüncü dərəcəli futbol ölkələrinin ortabab klublarına maraq göstərmir. Onlardan gələn təklifləri bir-birinin ardınca geri çevirir.

Mahirin fikri Çempionlar Liqasına vəsiqə qazanacaq komandaya getməkdir. Millinin üzvünün mövsümün sonunadək müştərilərin heç biriylə müqaviləyə imza atmaq istəməməsinin səbəbi, əslində, budur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"