"Qarabağ"ın qapıçısı bütün gecəni xəstəxanada keçirdi

17 Aprel 2021 09:20 Qarabağ 710
"Qarabağ"ın qapıçısı bütün gecəni xəstəxanada keçirdi

"Qarabağ"ın "Səbail"lə matçda (2:2) üzündən ağır zədə alan qapıçısı Şahruddin Məhəmmədəliyev dünən bütün gecəni xəstəxanada keçirib.

"Səbail"in hücumçusu Amil Yunanov top uğrunda mübarizə zamanı onun başına zərbə ilə vurub.

Oyuna davam edə bilməyən kiper Emil Balayevlə məcburi əvəzlənib.

Onun baş, burun və üz nahiyələrinə 25-ə yaxın tikiş qoyulub. Həkimlər "Şah"ın ümumi sağlıq durumunu orta-ağır qiymətləndirib.

Yeganə müsbət cəhət odur ki, güclü beyin silkələnməsi keçirməyib. Bu səhər evə buraxılan qapıçı 2 həftədən tez məşqlərə başlaya bilməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti