"Qarabağ"ın düşərgəsindən yeni VİDEO+FOTOREPORTAJ

16 Aprel 2021 11:20 Qarabağ 672
"Qarabağ"ın düşərgəsindən yeni VİDEO+FOTOREPORTAJ

Bu gün Premyer Liqada XXIII tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, açılış matçında 46 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" 20 xalla 6-cı pillədə yer alan "Səbail"in qonağı olacaq.

Komandalar indiyədək çempionatda 14 dəfə üz-üzə gəliblər. Bunların 12-də qonaqlar, birində meydan sahibləri 3 xal qazanıb. Bir görüşdə isə heç-heçə qeydə alınıb.

Topların fərqi də Ağdam təmsilçisinin xeyrinədir - 25:2. Texniki nəticə nəzərə alınmasa, “Səbail” rəqibinə qalib gəlməyib. “Qarabağ” bütün oyunlarda qol vurub.

"Köhlən atlılar" artıq bu görüşün hazırlığını tamamlayıb. Son çalışma Suraxandakı bazada baş tutub.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi