"Qarabağ" kimi komandadan bir xal almaq pis deyil"

27 Fevral 2021 20:20 Qarabağ 605
"Qarabağ" kimi komandadan bir xal almaq pis deyil"

"Artıq 2 gündü məşqlərə başlamışam. Yüngün məşqlər edirəm. İnşallah növbəti oyuna kimi hazır olaram".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Tellur Mütəllimov deyib.

Tellur zədə səbəbindən komandasına kömək edə bilmədiyi görüşlərdən söz açıb: "Məncə, "Qarabağ" kimi komandadan bir xal almaq pis deyil. "Qəbələ" ilə oyunumuz isə bir qədər yaxşı alınmadı. Ümumiyyətlə, Qəbələdə olan iqlimə öyrəşmək bir qədər çətindir. Bunu hər kəs bilir. Bundan başqa meydan sahibləri daha yaxşı oynamaqla qələbə qazandılar.

"Sumqayıt"ın heyətində Tellurdan başqa Cabir Əmirli və Vurğun Hüseynov da zədədən əziyyət çəkir. Tellur onlar olsa, "Sumqayıt"ın daha yaxşı nəticə göstərəcəyini düşünmür: "Deyə bilmərəm ki, zədəli futbolçular olsa, nəticələr daha yaxşı olardı. Komandamız bir nəfərdən asılı deyil. Mən və ya kimsə yoxdusa, bir başqası var.

Mövsümü hansı yerdə başa vura biləcəyimizi indidən demək olmaz. Qarşımıza konkret məqsəd qoyulmayıb. Meydana yaxşı oyun göstərib, uduzmamaq üçün çıxırıq. İstəyimiz layiqincə mübarizə aparmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"