Avropanın bu klubu da Mahir Emrelinin "ovuna çıxdı"

17 Yanvar 2021 14:20 Qarabağ 1 774
Avropanın bu klubu da Mahir Emrelinin "ovuna çıxdı"

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Mahir Emreli karyerasını Polşada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə adıçəkilən ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Zaqlebye” klubu 24 yaşlı forvardın keçidində maraqlıdır.

Ön xətt üçün bir neçə futbolçu ilə bağlı araşdırma aparan Lubin təmsilçisinin alternativlərindən biri də məhz Emrelidir. Onun “Qarabağ”la müqavilə müddətinin mövsümün sonuna qədər olmasının Polşa klubu üçün ümidverici olduğu vurğulanıb.

“Zaqlebye” Polşa Ekstraklasasında 14 turdan sonra 22 xalla 6-cı pillədə qərarlaşıb. Mahir Emreli isə cari mövsüm Premyer Liqada 9 matçda 7 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!